Türkiyə Prezidenti "Dünya Türk Dili Ailəsi Günü"nün qeyd olunmasını təklif edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə 15 dekabrın "Dünya Türk Dili Ailəsi Günü" kimi qeyd olunmasını təklif edib.
O, oktyabrın 30-dan etibarən Səmərqənddə keçiriləcək UNESCO-nun 43-cü Baş Konfransında bu təklifin səsləndirilməsini tövsiyə edib.
url:
http://kepezfm.az/xeberler/t%C3%BCrkiy%C9%99-prezidenti-d%C3%BCnya-t%C3%BCrk-dili-ail%C9%99si-g%C3%BCn%C3%BCn%C3%BCn-qeyd-olunmas%C4%B1n%C4%B1-t%C9%99klif-edib