"Türkiyə və Azərbaycan Cənubi Qafqazda davamlı sülh üçün birlikdə addımlar atacaq" Türkiyə Prezidenti
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu göndərib. "Bir millət, iki dövlət" şüarı ilə təcəssüm olunan, "Sevincdə və kədərdə birlik" anlayışı ilə yoğurulan sarsılmaz qardaşlıq və müttəfiqlik bağlarından alınan güclə Cənubi Qafqazda davamlı sülh üçün birlikdə addımlar atılacağını qeyd edib. "Şanlı Azərbaycan Bayrağının indi bütün Vətən səmalarında dalğalanması türk dünyası üçün böyük sevincdir. Zəfərimiz mübarək, birliyimiz əbədi olsun!"- deyə məktubda deyilir.
url:
http://kepezfm.az/xeberler/t%C3%BCrkiy%C9%99-v%C9%99-az%C9%99rbaycan-c%C9%99nubi-qafqazda-davaml%C4%B1-s%C3%BClh-%C3%BC%C3%A7%C3%BCn-birlikd%C9%99-add%C4%B1mlar-atacaq-t%C3%BCrkiy%C9%99