Türkiyədə 2 tondan çox narkotik ələ keçirildi
Türkiyədə "Şirinlər" adı ilə tanınan yeni nəsil cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib. Kayseri mərkəzli 5 vilayətdə keçirilən əməliyyatda 32 şübhəli saxlanılıb. Onlardan 16-sı həbs edilib. Digər əməliyyatlar isə 71 vilayəti əhatə edib. Son 10 gündə 2 tondan çox narkotik vasitə və 4 milyondan artıq narkotik həb ələ keçirilib. Saxlanılan 894 nəfərdən 424-ü həbs olunub.
url:
http://kepezfm.az/xeberler/t%C3%BCrkiy%C9%99d%C9%99-2-tondan-%C3%A7ox-narkotik-%C9%99l%C9%99-ke%C3%A7irildi

