Türkiyəli astronavt kosmosdan Bakının fotoşəkillərini çəkəcək
Türkiyənin ilk astronavtı olan Alper Gezeravcı kosmosdan ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb. Prezident artıq Türkiyənin kosmosda fəaliyyət göstərən ölkələrdən biri olduğunu bildirib. Vurğulayıb ki, bu səyahətlə Türkiyə kosmosda fəaliyyətində yeni mərhələnin əsasını qoyub. Alper Gezeravcı kosmosdan Bakı, Konya, Ankara, İstanbul və Çanaqqalanın fotoşəkillərini çəkəcək. O, Mersinin Silifke mahalını və Ağrı dağının da şəklini çəkəcək.
url:
http://www.kepezfm.az/xeberler/t%C3%BCrkiy%C9%99li-astronavt-kosmosdan-bak%C4%B1n%C4%B1n-foto%C5%9F%C9%99kill%C9%99rini-%C3%A7%C9%99k%C9%99c%C9%99k