Türkiyənin Vitse-prezidenti Azərbaycanda səfərdədir
Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib.O, bu gün Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak edəcək. Cevdet Yılmazın bir sıra rəsmi şəxslərlə görüşü planlaşdırılır.
url:
http://kepezfm.az/xeberler/t%C3%BCrkiy%C9%99nin-vitse-prezidenti-az%C9%99rbaycanda-s%C9%99f%C9%99rd%C9%99dir

