TƏBİB: Stomatoloqların fəaliyyətinin keyfiyyəti ilə bağlı ciddi problemlər var
"Azərbaycanda elə tibb müəssisələri var ki, oradakı stomatoloqa il ərzində bir nəfər belə müraciət etmir". Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Vüqar Qurbanov bildirib ki, ölkədə vətəndaşların etibar etmədiyi kifayət qədər stomatoloq mövcuddur və bu, xidmət keyfiyyətinin aşağı olmasından xəbər verir. Onun sözlərinə görə, yay aylarında bölgələrdə bir sıra stomatoloq ştatlarının ləğvi ilə bağlı xəbərdarlıqlar göndərilib və proses qanunvericiliyə uyğun şəkildə davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/t%C9%99bib-stomatoloqlar%C4%B1n-f%C9%99aliyy%C9%99tinin-keyfiyy%C9%99ti-il%C9%99-ba%C4%9Fl%C4%B1-ciddi-probleml%C9%99r-var

