Taekvondoçularımız beynəlxalq turnirdə 4 medal qazanıblar
Taekvondo üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində keçirilən beynəlxalq turniri 4 medalla başa vurub. G2 kateqoriyalı yarışda millimiz 1 gümüş, 3 bürünc medal qazanıblar. Azərbaycan turnirdə 11 taekvondoçu ilə təmsil olunub.
url:
http://www.kepezfm.az/xeberler/taekvondo%C3%A7ular%C4%B1m%C4%B1z-beyn%C9%99lxalq-turnird%C9%99-4-medal-qazan%C4%B1blar