Taksi sürücüləri üçün növbəti imtahanın vaxtı bəlli olub
Dövlət İmtahan Mərkəzi noyabrın 20-də taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. İştirak etmək istəyənlər oktyabrın 23-dən noyabrın 7-si saat 12:00-dək DİM-in saytında qeydiyyatdan keçməlidirlər. İmtahan ödənişlidir və 35 manat təşkil edir. Test imtahanı Bakıda və Gəncədə keçiriləcək, iştirakçılara 20 sual təqdim olunacaq. 10 və daha çox bal toplayanlara yeddi il müddətinə etibarlı şəhadətnamə veriləcək.
url:
http://kepezfm.az/xeberler/taksi-s%C3%BCr%C3%BCc%C3%BCl%C9%99ri-%C3%BC%C3%A7%C3%BCn-n%C3%B6vb%C9%99ti-imtahan%C4%B1n-vaxt%C4%B1-b%C9%99lli-olub