Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək
Martın 9-da tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.İmtahan Dövlət İmtahan Mərkəzi tərəfindən ölkənin 30-dan çox şəhər və rayonunda o cümlədən Gəncə şəhərində və ətraf rayonlarda - Goranboy, Şəmkir, Ağstafa, Tərtər, Bərdə, Naftalan və digər bölgələrdə təşkil olunacaq.İmtahanda 58 min 138 şagirdin iştirakı nəzərdə tutulur.Sağlamlıq imkanları məhdud 52 iştirakçı üçün xüsusi şərait yaradılıb.
url:
http://kepezfm.az/xeberler/tam-orta-t%C9%99hsil-s%C9%99viyy%C9%99si-%C3%BCzr%C9%99-burax%C4%B1l%C4%B1%C5%9F-imtahan%C4%B1-ke%C3%A7iril%C9%99c%C9%99k

