Tehran uranı 90 faiz zənginləşdirəcəyi ilə bağlı xəbərdarlıq edib
İran ABŞ və İsrailə xəbərdarlıq edib.Ölkəyə qarşı yeni hücum olarsa, cavab addımlarından biri uranın 90 faizə qədər zənginləşdirilməsi ola bilər. Açıqlama regionda artan gərginlik fonunda verilib. ABŞ və İsrailin fevralın 28-də İrana hücumlarından sonra Tehran İsrailə və ABŞ müttəfiqlərinə qarşı cavab tədbirləri görüb, həmçinin Hörmüz boğazını bağlamaqla hədələyib.Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə atəşkəs qüvvəyə minsə də, tərəflər yekun razılığa gələ bilməyib. ABŞ Prezidenti Donald Trump atəşkəsi müddətsiz uzadıb. İranın ABŞ təklifinə son cavabı isə Tramp tərəfindən “tamamilə qəbuledilməz” adlandırılıb.
url:
http://kepezfm.az/xeberler/tehran-uran%C4%B1-90-faiz-z%C9%99nginl%C9%99%C5%9Fdir%C9%99c%C9%99yi-il%C9%99-ba%C4%9Fl%C4%B1-x%C9%99b%C9%99rdarl%C4%B1q-edib

