"TikTok"da təhqiramiz paylaşımlar edən şəxs həbs olunub
Ağsu polisinin keçirdiyi əməliyyatla “TikTok” sosial şəbəkəsində saxta hesablardan istifadə edərək vətəndaşların ünvanına nalayiq ifadələr yazan 27 yaşlı rayon sakini İlham Abdullayev saxlanılıb.Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatlarında yayılması qadağan edilən məlumatların yerləşdirilməsinə görə protokol tərtib olunaraq 25 gün müddətinə inzibati qaydada həbs edilib.
url:
http://kepezfm.az/xeberler/tiktokda-t%C9%99hqiramiz-payla%C5%9F%C4%B1mlar-ed%C9%99n-%C5%9F%C9%99xs-h%C9%99bs-olunub

