Tokayev Türk dövlətlərini birliyə və iqtisadi əməkdaşlığa çağırdı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı türkdilli ölkələri iqtisadi əməkdaşlığı gücləndirməyə çağırıb. Tokayev bildirib ki, mürəkkəb geosiyasi vəziyyət və regional böhranlar fonunda Türk dövlətlərinin birliyi xüsusi əhəmiyyət daşıyır. Qazaxıstan Prezidenti həmçinin Türk Dövlətləri Təşkilatı yanında Rəqəmsal Monitorinq Mərkəzi və Rəqəmsal İnnovasiyalar Mərkəzinin yaradılmasını təklif edib. O, Türkiyənin “TDT+” formatının yaradılması təşəbbüsünü də dəstəklədiklərini açıqlayıb.
url:
http://kepezfm.az/xeberler/tokayev-t%C3%BCrk-d%C3%B6vl%C9%99tl%C9%99rini-birliy%C9%99-v%C9%99-iqtisadi-%C9%99m%C9%99kda%C5%9Fl%C4%B1%C4%9F-%C3%A7a%C4%9F%C4%B1rd%C4%B1

