Topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vurub
Bakının Lökbatan qəsəbəsində 10 yaşlı qızı avtomobil vuraraq öldürüb.Yaşıdları ilə oynayan qızcığazın meydançadan kənara düşən topu gətirməyə gedərkən yolun hərəkət hissəsini qaçaraq keçməsi, eləcə də yaşayış zonası üçün nəzərdə tutulmuş sürət həddindən artıq sürətlə hərəkət etməsi ehtimal olunan sürücünün yola qaçan uşağı görməməsi, sonda hər iki tərəf üçün bərpası mümkün olmayan itkilərə yol açdı.Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yaşayış zonalarında ehtiyatlı olmağa çağırıb.Belə ərazilərdə sürücülər sürət həddinə əməl etməli, piyadalara qarşı diqqətli və hörmətli davranmalıdırlar.
url:
http://kepezfm.az/xeberler/topunun-arxas%C4%B1nca-qa%C3%A7an-10-ya%C5%9Fl%C4%B1-q%C4%B1z%C4%B1-avtomobil-vurub

