Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub
Nigar Səfxanova Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin olunub. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Nigar Səfxanova 2018–2022-ci illərdə Göygöl rayon Üçbulaq kənd ümumi orta məktəbində müəllim, 2022–2024-cü illərdə həmin məktəbdə direktor vəzifəsində çalışıb. 2024-cü ildən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində tədris işləri üzrə direktor müavini kimi fəaliyyət göstərib.
url:
http://kepezfm.az/xeberler/tovuz-d%C3%B6vl%C9%99t-sosial-iqtisadi-kollecin%C9%99-yeni-direktor-t%C9%99yin-olunub

