Tovuz və Şəmkirdə bıçaqlanma hadisəsi baş verib
Tovuzun Abulbəyli kəndində yerli sakin 1981-ci il təvəllüdlü Fərhad Yusibov mübahisə zəminində bıçaqlanıb. O, ağır halda xəstəxanaya yerləşdirilib. Əməli törətməkdə şübhəli bilinən zərərçəkənin kürəkəni, 1999-cu il təvəllüdlü Əvəz Babayev saxlanılıb. Şəmkirdə də analoji hal yaşanıb. 32 yaşlı Nahid Qələndərov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hər iki fakt araşdırılır.
url:
http://www.kepezfm.az/xeberler/tovuz-v%C9%99-%C5%9F%C9%99mkird%C9%99-b%C4%B1%C3%A7aqlanma-hadis%C9%99si-ba%C5%9F-verib