Tovuz və Şirvanda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Tovuzun Düz Cırdaxan kəndində "VAZ 21011" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü Tural Miyani xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Şirvanda isə mikroavtobusla minik maşınları toqquşub. Hadisə zamanı 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdirilib. Hər iki fakt araşdırılr.
url:
http://kepezfm.az/xeberler/tovuz-v%C9%99-%C5%9Firvanda-yol-n%C9%99qliyyat-hadis%C9%99si-ba%C5%9F-verib-x%C9%99sar%C9%99t-alanlar-var