Tovuz və Biləsuvar gömrüklərində külli miqdarda qaçaqmal siqaret aşkarlanıb
Tovuz və Biləsuvar gömrük idarələri əməkdaşlarının keçirdikləri əməliyyatla Tovuzun "Qırmızı Körpü" gömrük postunda nəqliyyat vasitələrini yoxlamaları zamanı gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən 12 min 320 min ədəd siqaret aşkar edilib."Biləsuvar" gömrük postunun idxal nəzarət xəttində isə yük nəqliyyat vasitəsinin qoşqusundakı 4 karton qutuda gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən cəmi 24 400 ədəd müxtəlif markalı siqaretlər aşkar olunub.Faktlarla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/tovuz-v%C9%99-bil%C9%99suvar-g%C3%B6mr%C3%BCkl%C9%99rind%C9%99-k%C3%BClli-miqdarda-qa%C3%A7aqmal-siqaret-a%C5%9Fkarlan%C4%B1b

