Tovuz və Masallıda narkotik əməliyyatları keçirilib, saxlanılanlar var

Tovuzda polisin keçirdiyi əməliyyatla narkokuryerliklə məşğul olan 25 yaşlı Eşqin Ələkbərov və Seymur Zeynalov saxlanılıblar. E.Ələkbərovun yaşadığı ünvandan 3 kiloqram 200 qram marixuana və 3 kiloqram 350 qram həşiş götürülüb. Həmin şəxslər ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayonu ərazisində gizlədilən narkotikləri satmaq məqsədilə əldə ediblər. Masallıda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyatla 19 yaşlı Məhəmməd Əsgərov şübhəli şəxs qismində saxlanılıb. Ondan psixotrop maddə metamfetamin, heroin və marixuana aşkarlanıb.
Digər bir əməliyyatla isə M.Əsgərova narkotik vasitə və psixotrop maddə satan şəxsin 26 yaşlı Vəsayət Buludov olduğu müəyyən edilib və o saxlanılıb. Həmin şəxsdən də metamfetamin, heroin və marixuana aşkarlanıb. Faktlarla bağlı cinayət işi başlanılıb.

url: 
http://kepezfm.az/xeberler/tovuz-v%C9%99-masall%C4%B1da-narkotik-%C9%99m%C9%99liyyatlar%C4%B1-ke%C3%A7irilib-saxlan%C4%B1lanlar-var
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik