Tovuzda evdə partlayış baş verib
Tovuz rayonu, Aşağı Quşçu kəndində 1967-ci il təvəllüdlü Zeyhun Cəfərova məxsus 4 otaqlı evdə qaz sızmasından qəfil partlayış olub.Hadisə nəticəsində ev sahibi və onun ailə üzvləri - 1997-cü il təvəllüdlü Turxan Cəfərzadə, 2005-ci il təvəllüdlü Turanə Cəfərova və 2024-cü il təvəllüdlü F.Cəfərov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.Araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/tovuzda-evd%C9%99-partlay%C4%B1%C5%9F-ba%C5%9F-verib

