Tovuzda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
2020-01-24 12:02
Tovuzda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər - 22 yaşlı Anar Allahyarov, 28 yaşlı Vaqif Ələsgərzadə və onun həmyaşıdı Vahid Ələsgərzadə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Fakt araşdırılır.
Vəfa Şairova