Tramp: ABŞ-ın İrana investisiya yatırmaq öhdəliyi yoxdur Tramp: ABŞ-ın İrana investisiya yatırmaq öhdəliyi yoxdur
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun İranla mümkün razılaşmalar çərçivəsində Tehrana maliyyə vəsaiti ayırmaq və ya investisiya yatırmaq planı yoxdur.Tramp ABŞ-nin İranın bərpasına 300 milyard dollar töhfə verəcəyi barədə yayılan məlumatları “absurd” və “cəfəng” adlandırıb.ABŞ Prezidenti qeyd edib ki, İranla danışıqların növbəti mərhələsinin daha asan keçəcəyini gözləyir. O vurğulayıb ki, Vaşinqton üçün əsas şərt İranın heç vaxt nüvə silahına sahib olmamasıdır.Tramp həmçinin İranda hakimiyyət dəyişikliyini dəstəklədiyi barədə iddiaları rədd edərək, belə siyasətin keçmişdə uğursuz nəticələr verdiyini bildirib. O, ABŞ-nin Tehran qarşısında hər hansı maliyyə öhdəliyi götürmək niyyətində olmadığını bir daha vurğulayıb.
url:
http://kepezfm.az/xeberler/tramp-ab%C5%9F-%C4%B1n-irana-investisiya-yat%C4%B1rmaq-%C3%B6hd%C9%99liyi-yoxdur-tramp-ab%C5%9F-%C4%B1n-irana-investisiya-0

