ABŞ Prezidenti Donald Tramp İranla müharibədə Birləşmiş Ştatların qalib gələcəyini və bundan sonra dünya bazarında neftin qiymətinin əhəmiyyətli dərəcədə ucuzlaşacağını bildirib.Hərbi baxımdan artıq qalib gəlsələr də, mübarizə hələ başa çatmayıb. Tramp həmçinin Konqresə seçkilərdən əvvəl və ya sonra İrana zərbələrin endirilməsi ehtimalını istisna etməyib. ABŞ Prezidenti “Axios”a müsahibəsində İrana hücumların bərpa olunması barədə daim düşündüyünü bildirib.İranın xarici işlər naziri Abbas Əraqçi isə bildirib ki, Tehran diplomatiyaya ümid edir, lakin ABŞ administrasiyasının son iki ildəki addımlarını nəzərə alaraq, hazırda Vaşinqtonla danışıqlara qayıtmaq üçün səbəb görmür.İran həm diplomatiyaya, həm də müharibəyə hazırdır. ABŞ Prezidenti Donald Trampa etibar edib-etmədiyi barədə suala isə “Biz özümüzə güvənirik” cavabını verib.

