Tramp İranın görünməmiş güclə vurulduğunu, Netanyahu nüvə alimlərinin öldürüldüyünü deyir
ABŞ prezidenti Donald Trump bildirib ki, İran İkinci Dünya Müharibəsindən bəri görünməmiş güclə hücuma məruz qalır.O, ABŞ-ın İranın çox sayda raketini, dronunu və onların istehsal müəssisələrini məhv etdiyini deyib.İsrailin Baş naziri Benjamin Netanyahu isə bildirib ki, hücumlar nəticəsində İranın bir neçə nüvə alimi öldürülüb və ölkə üçün “yeni yolun yaxınlaşdığını” deyib.İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Qərargahının rəsmisi də deyib ki, İranın enerji obyektlərinə hücum ediləcəyi təqdirdə, Yaxın Şərqdəki ABŞ-la əlaqəli bütün neft və qaz infrastrukturunu məhv edəcək.
url:
http://kepezfm.az/xeberler/tramp-iran%C4%B1n-g%C3%B6r%C3%BCnm%C9%99mi%C5%9F-g%C3%BCcl%C9%99-vuruldu%C4%9Funu-netanyahu-n%C3%BCv%C9%99-aliml%C9%99rinin-%C3%B6ld%C3%BCr%C3%BCld%C3%BCy%C3%BCn%C3%BC-deyir

