Tramp: İrana silah satan ölkələrə 50 faiz rüsum tətbiq olunacaq
ABŞ Prezidenti Donald Trump bildirib ki, İran ərazisində uranın zənginləşdirilməsi baş verməyəcək.Onun sözlərinə görə, ABŞ İranla əməkdaşlıq edəcək, nüvə materiallarının nəzarət altında çıxarılıb ləğvi planlaşdırılır. Tramp həmçinin qeyd edib ki, peyk nəzarəti davam edir və vəziyyət diqqətlə izlənilir.Bununla yanaşı, Vaşinqton Tehranla tariflər və sanksiyaların yumşaldılması məsələlərini müzakirə edir və artıq bir sıra maddələr üzrə razılıq əldə olunub.ABŞ lideri əlavə edib ki, İrana silah tədarük edən istənilən ölkəyə qarşı sərt tədbirlər görüləcək – həmin ölkələrin ABŞ-a ixrac etdiyi mallara 50% rüsum tətbiq ediləcək və bu qərar dərhal qüvvəyə minəcək.
url:
http://kepezfm.az/xeberler/tramp-irana-silah-satan-%C3%B6lk%C9%99l%C9%99r%C9%99-50-faiz-r%C3%BCsum-t%C9%99tbiq-olunacaq-0

