Trampdan İrana mesaj: “Nüvə silahı heç vaxt istifadə olunmamalıdır”

ABŞ Prezidenti Donald Trump İrana qarşı nüvə silahından istifadə ehtimalını istisna edib. O, Ağ Evdə jurnalistlərə bildirib ki, nüvə silahlarından heç vaxt istifadə olunmamalıdır və belə bir addım “dünyada ən pis ssenari” olar. İran dayandırılmasa, yaxın gələcəkdə ABŞ-a çata biləcək raketlər hazırlaya bilər. ABŞ lideri Hörmüz boğazı ətrafında vəziyyətin nəzarətdə saxlandığını qeyd edib və İranın iqtisadi qazanc əldə etməsinin qarşısını almağa çalışdıqlarını vurğulayıb.İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə ölkəsinin nüvə silahı hazırlamaq niyyətində olmadığını bildirib və ABŞ-ın iddialarını əsassız adlandırıb. İsrail rəsmiləri İrana qarşı mümkün yeni əməliyyatlara hazır olduqlarını açıqlayıblar.

url: 
http://kepezfm.az/xeberler/trampdan-irana-mesaj-%E2%80%9Cn%C3%BCv%C9%99-silah%C4%B1-he%C3%A7-vaxt-istifad%C9%99-olunmamal%C4%B1d%C4%B1r%E2%80%9D
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik