"Turan Tovuz" və "Zirə" yeni transfer edib
"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib. Klub son olaraq "Sumqayıt"ın formasını geyinən 26 yaşlı serbiyalı yarımmüdafiəçi Aleksa Yankoviç ilə 3 illik müqavilə imzalayıb. "Zirə" isə müdafiəçi Mehdi Mişahşahı transfer edib.Futbolçu "Zirə" ilə 3 illik müqavilə imzalayıb. Mərakeşli oyunçu son olaraq ölkəsində "Raja Kasablanka" klubunda çıxış edib.
url:
http://kepezfm.az/xeberler/turan-tovuz-v%C9%99-zir%C9%99-yeni-transfer-edib

