"Turan Tovuz"un futbolçusu Moldova millisinə dəvət alıb
"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb.Müdafiəçi yığmanın UEFA Millətlər Liqasının C Liqasında noyabrda keçirəcəyi oyunlar üçün açıqlanan heyətində yer alıb. Moldova seçməsi noyabrın 13-də doğma meydanda Qazaxıstanla, 16-da isə səfərdə Farer adaları ilə üz-üzə gələcək.
url:
http://kepezfm.az/xeberler/turan-tovuzun-futbol%C3%A7usu-moldova-millisin%C9%99-d%C9%99v%C9%99t-al%C4%B1b

