"Turan Tovuz"un yoxlama oyunlarındakı rəqiblərindən biri bəlli olub
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" komandasının yoxlama oyunlarındakı rəqiblərindən biri bəlli olub. Komanda yanvarın 10-da Rumıniyanın "Hermanştadt" kollektivi ilə üz-üzə gələcək. Növbəti görüşünü yanvarın 17-də Polşa təmsilçisi "Poqon"a qarşı keçirəcək. Komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq.
url:
http://kepezfm.az/xeberler/turan-tovuzun-yoxlama-oyunlar%C4%B1ndak%C4%B1-r%C9%99qibl%C9%99rind%C9%99n-biri-b%C9%99lli-olub

