Uşaq musiqi məktəblərində müəllimlər üçün sertifikasiya tətbiq ediləcək
Azərbaycanda uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində müəllimlərin qiymətləndirilmə qaydası dəyişir. Prezident İlham Əliyevin təsdiqlədiyi qanun dəyişikliyinə əsasən, təhsilverənlərin nəzəri və praktiki bilikləri bundan sonra sertifikasiya əsasında qiymətləndiriləcək. Qeyd edək ki, indiyədək tətbiq olunan attestasiya sistemi sertifikasiya ilə əvəz olunur.
url:
http://kepezfm.az/xeberler/u%C5%9Faq-musiqi-m%C9%99kt%C9%99bl%C9%99rind%C9%99-m%C3%BC%C9%99lliml%C9%99r-%C3%BC%C3%A7%C3%BCn-sertifikasiya-t%C9%99tbiq-edil%C9%99c%C9%99k

