Uşu kunq-fu üzrə Azərbaycan millisi Avropa çempionatında 9 medal qazanıb
Uşu kunq-fu üzrə Azərbaycan millisinin üzvləri Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında 9 medal qazanıblar. Onlardan 2-si qızıl, 3-ü gümüş, 4-ü isə bürünc mükafata yiyələnib. Elçin Eminov bütün rəqiblərinə qalib gələrək 6-cı dəfə Avropa çempionu olub. Hamza Rəsulzadə də rəqiblərini məğlub edərək Avropa çempionu adını qazanıb.
url:
http://www.kepezfm.az/xeberler/u%C5%9Fu-kunq-fu-%C3%BCzr%C9%99-az%C9%99rbaycan-millisi-avropa-%C3%A7empionat%C4%B1nda-9-medal-qazan%C4%B1b