U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub
31 oktyabr - 1 noyabr aralığında Moldovanın paytaxtı Kişineuda keçiriləcək U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb. Ölkəmiz bu yarışda millinin böyük məşqçiləri Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq. Qeyd edək ki, qitə birinciliyində 38 ölkədən 314 idmançı medallar uğrunda mübarizə aparacaq.
url:
http://kepezfm.az/xeberler/u-23-avropa-%C3%A7empionat%C4%B1nda-i%C5%9Ftirak-ed%C9%99c%C9%99k-az%C9%99rbaycan-c%C3%BCdo%C3%A7ular%C4%B1-b%C9%99lli-olub

