UEFA Çempionlar Liqasının reqlamentində dəyişiklik edilib
UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün reqlamentində müəyyən dəyişikliklər edilib. Növbəti mövsümdən UEFA reytinqində ilk 2 yerdə qərarlaşan ölkələrin çempionatını 5-ci pillədə başa vuran 2 komanda Çempionlar Liqasında oynamaq imkanı əldə edəcək. Hazırda klub reytinqində ilk 2 yerin sahibi İtaliya və Almaniyadır. Ümumilikdə 36 klubun iştirak edəcəyi növbəti mövsümdən turnir qrup formatında deyil, liqa formatında təşkil olunacaq.
url:
http://www.kepezfm.az/xeberler/uefa-%C3%A7empionlar-liqas%C4%B1n%C4%B1n-reqlamentind%C9%99-d%C9%99yi%C5%9Fiklik-edilib