UEFA Çempionlar Liqasında əsas mərhələ bu gün start götürür
UEFA Çempionlar Liqasında 2026/27-ci illər mövsümünün liqa mərhələsinə bu gün start veriləcək.İlk oyun günündə 6 qarşılaşma keçiriləcək. Günün əsas matçında “Real” Madridin “Santyaqo Bernabeu” stadionunda “İnter”i qəbul edəcək. Digər görüşlərdə AEK “LASK”la, “Brügge” “Aston Villa” ilə, Dortmund “Borussiya”sı “Vilyarreal”la, “Portu” “Mançester Siti” ilə, “Lill” isə “Betis”lə qarşılaşacaq.Azərbaycan təmsilçisi “Sabah” isə ilk oyununu sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcək.
url:
http://kepezfm.az/xeberler/uefa-%C3%A7empionlar-liqas%C4%B1nda-%C9%99sas-m%C9%99rh%C9%99l%C9%99-bu-g%C3%BCn-start-g%C3%B6t%C3%BCr%C3%BCr

