Vüsal Şilderin qətlinin sifarişçisi 13 il sonra Azərbaycana gətirilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən 13 il əvvəl beynəlxalq axtarışa verilmiş Xəyal Əlizadə Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana ekstradisiya olunub.Ədliyyə Nazirliyinin məlumatına görə, o, 2013-cü ildə qabaqcadan əlbir olduğu qrupla birlikdə xarici vətəndaş V.Şilderin qəsdən öldürülməsini sifariş etməkdə ittiham olunur. Qətlin icraçısı vasitəsilə zərərçəkmişə bıçaqla xəsarətlər yetirildiyi bildirilir.Əlizadə məhkəmənin qərarı ilə istintaq təcridxanasına yerləşdirilib.
url:
http://kepezfm.az/xeberler/v%C3%BCsal-%C5%9Filderin-q%C9%99tlinin-sifari%C5%9F%C3%A7isi-13-il-sonra-az%C9%99rbaycana-g%C9%99tirilib

