Valdas Dambrauskas: "Mançester Yunayted"lə qarşılaşma Azərbaycan futbolu üçün tarixi hadisədir"
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Mançester Yunayted”lə oyunu Azərbaycan futbolu üçün tarixi hadisə adlandırıb.O, qarşılaşma öncəsi mətbuat konfransında bildirib ki, “Mançester Yunayted” dünyanın ən böyük klublarından biridir. “Sabah” meydana təslim olmaq və ya yalnız müdafiə olunmaq üçün çıxmayacaq. Komanda öz oyununu göstərməyə və yaranan imkanlardan istifadə etməyə çalışacaq.Baş məşqçi futbolçularının görüşün əhəmiyyətini yaxşı anladığını deyib.Komanda son saniyəyə qədər mübarizə aparacaq və azarkeşlərə layiqli oyun göstərməyə çalışacaq.
url:
http://kepezfm.az/xeberler/valdas-dambrauskas-man%C3%A7ester-yunaytedl%C9%99-qar%C5%9F%C4%B1la%C5%9Fma-az%C9%99rbaycan-futbolu-%C3%BC%C3%A7%C3%BCn-tarixi-hadis%C9%99dir

