Valdas Dambrauskas: "Vikinq"lə matça digər oyunlardakı kimi hazırlaşmışıq
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Vikinq”lə oyuna hazırlıqdan danışıb.O, Norveç təmsilçisinin güclü komanda olduğunu və rəqibin bütün oyunlarını izlədiklərini bildirib.Qarşılaşma üçün 23 futbolçu hazırdır. Bəzi oyunçuların iştirakı ilə bağlı qərar isə son məşqdən sonra veriləcək.Baş məşqçi komandada əhval-ruhiyyənin yüksək olduğunu da vurğulayıb. O, əsas diqqəti futbolçuların oyuna qədər bərpasına yönəltdiyini qeyd edib.Qeyd edək ki, “Vikinq” – “Sabah” qarşılaşması bu gecə, Bakı vaxtı ilə saat 12-də başlayacaq.
url:
http://kepezfm.az/xeberler/valdas-dambrauskas-vikinql%C9%99-mat%C3%A7a-dig%C9%99r-oyunlardak%C4%B1-kimi-haz%C4%B1rla%C5%9Fm%C4%B1%C5%9F%C4%B1q

