Vilayət Eyvazov Gəncədə müşavirə keçirib, tapşırıqlar verib
Daxili işlər naziri Vilayət Eyvazov Gəncə Şəhər Baş Polis İdarəsində vətəndaşları qəbul edib. Gəncə, Kəlbəcər, Xocalı, Goranboy, Samux, Göygöl, Naftalan və digər rayonlardan qəbula gələn 120 vətəndaşın müraciətini dinləyib və onların problemlərinin həlli üçün tapşırıqlar verib. Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.
url:
http://kepezfm.az/xeberler/vilay%C9%99t-eyvazov-g%C9%99nc%C9%99d%C9%99-m%C3%BC%C5%9Favir%C9%99-ke%C3%A7irib-tap%C5%9F%C4%B1r%C4%B1qlar-verib