"WhatsApp" hesablarının ələ keçirilməsi ilə bağlı istifadəçilərə xəbərdarlıq edilib
Milli Kibertəhlükəsizlik Agentliyi “WhatsApp” və “WhatsApp Business” hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib.Agentlik istifadəçilərə bağlı cihazları yoxlamağı, tanımadıqları cihazlardan çıxış etməyi və iki mərhələli təsdiqləməni aktivləşdirməyi tövsiyə edib. Həmçinin SMS təsdiq kodlarını və təhlükəsizlik PIN-kodunu heç kimlə paylaşmamaq, şübhəli keçidlərə daxil olmamaq çağırışı edilib.Agentlik bildirib ki, iki mərhələli təsdiqləmə əvvəlcədən qoşulmuş naməlum cihazları avtomatik olaraq hesabdan çıxarmır. Buna görə də istifadəçilər hesablarının təhlükəsizliyini ayrıca yoxlamalıdırlar.
url:
http://kepezfm.az/xeberler/whatsapp-hesablar%C4%B1n%C4%B1n-%C9%99l%C9%99-ke%C3%A7irilm%C9%99si-il%C9%99-ba%C4%9Fl%C4%B1-istifad%C9%99%C3%A7il%C9%99r%C9%99-x%C9%99b%C9%99rdarl%C4%B1q-edilib

