WUF13 özəl sektor üçün yeni əməkdaşlıq imkanları yaradacaq
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu - WUF13 özəl sektor üçün yeni əməkdaşlıq imkanları yaradacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov bildirib ki, forum sahibkarların beynəlxalq investorlar və təşkilatlarla birbaşa əlaqə qurmasına şərait yaradacaq. WUF13 üzrə Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov isə qeyd edib ki, tədbirə 30 minə yaxın iştirakçının qatılması gözlənilir. Forum çərçivəsində altı gün ərzində yüzlərlə konfrans və görüş keçiriləcək.
url:
http://kepezfm.az/xeberler/wuf13-%C3%B6z%C9%99l-sektor-%C3%BC%C3%A7%C3%BCn-yeni-%C9%99m%C9%99kda%C5%9Fl%C4%B1q-imkanlar%C4%B1-yaradacaq

