WUF13 forumunda qadınların təhlükəsiz və əlçatan mənzillərlə təmin olunması mövzusu müzakirə edilib. BMT Baş katibinin müavini Amina Mohammed bildirib ki, forum çərçivəsində gender bərabərliyi və təhlükəsiz mənzil təminatı ilə bağlı sənədlərin qəbul edilməsi planlaşdırılır. Onun sözlərinə görə, təhlükəsiz mənzil qadınlar üçün həm təhlükəsizlik, həm də yeni imkanlar deməkdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə qeyd edib ki, Azərbaycan şəhərsalma zamanı təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırır. Bildirilib ki, qadınların şəhərsalma və iqlim məsələlərində iştirakının artırılması əsas prioritetlərdəndir.Qeyd edək ki, bu gün saat 13:00-da Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimi keçiriləcək.

