Xüsusi hazırlıq keçməyən sürücülərin taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq
Xüsusi hazırlıq keçməyən sürücülər taksi fəaliyyəti göstərə bilməyəcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, təlimləri müvəffəqiyyətlə bitirən taksi sürücülərinə şəhadətnamələr təqdim olunur. Taksi ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı da alınmalıdır. Avtomobilin taksi kimi istifadəsinə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək.
url:
http://www.kepezfm.az/xeberler/x%C3%BCsusi-haz%C4%B1rl%C4%B1q-ke%C3%A7m%C9%99y%C9%99n-s%C3%BCr%C3%BCc%C3%BCl%C9%99rin-taksi-f%C9%99aliyy%C9%99ti-g%C3%B6st%C9%99rm%C9%99si-m%C3%BCmk%C3%BCn-olmayacaq