Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub
Xırdalanda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə ümumi sahəsi 30 kv.m olan birotaqlı mənzilin zalı 25 kv.m sahədə yanıb. Qonşu mənzillər yanğından mühafizə edilib. Yanğın zamanı FHN-in qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
url:
http://kepezfm.az/xeberler/x%C4%B1rdalanda-%C3%A7oxm%C9%99rt%C9%99b%C9%99li-ya%C5%9Fay%C4%B1%C5%9F-binas%C4%B1nda-yan%C4%9F%C4%B1n-olub-sakinl%C9%99r-t%C9%99xliy%C9%99-olunub

