Xətai rayonunda silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib
Bakıda “Ceyhun Sabunçu” ləqəbli şəxsin qətlində təqsirləndirilən iki nəfər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.2002-ci il təvəllüdlü Emin Rəhimov və 1993-cü il təvəllüdlü Elmar Cəfərov DTX-nin əməliyyatı nəticəsində saxlanılıblar. Qeyd edək ki, Xətai rayonundakı restoranlardan birində baş verən qətllə bağlı Baş Prokurorluq və DİN-in birgə tədbirləri nəticəsində cinayətkar şəbəkənin daha 11 üzvü də saxlanılıb. İstintaq davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/x%C9%99tai-rayonunda-silahl%C4%B1-insidentl%C9%99-ba%C4%9Fl%C4%B1-13-n%C9%99f%C9%99r-cinay%C9%99t-m%C9%99suliyy%C9%99tin%C9%99-c%C9%99lb-edilib

