Xəzər dənizində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
Xəzər dənizinin Pirallahı rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Onlardan qadağan olunmuş ov alətləri, 685 ədəd müxtəlif növ balıq, 350 metr uzunluğunda sintetik tor götürülüb. Təbiətə ümumilikdə 7601 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.
url:
http://kepezfm.az/xeberler/x%C9%99z%C9%99r-d%C9%99nizind%C9%99-qanunsuz-bal%C4%B1q-ovlayan-%C5%9F%C9%99xsl%C9%99r-saxlan%C4%B1l%C4%B1b