Xəzər dənizinin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Xəzər dənizinin Azərbaycana mənsub hissəsində 8 kiloqram 600 qram narkotik vasitə və 350 metr uzunluğunda sintetik tor aşkarlanaraq götürülüb.Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.Hadisə Lənkəran reydində, sahildən 20 dəniz mili məsafədə qeydə alınıb.Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/x%C9%99z%C9%99r-d%C9%99nizinin-az%C9%99rbaycana-m%C9%99nsub-hiss%C9%99sind%C9%99-qa%C3%A7aqmal-a%C5%9Fkar-olunub

