Xaçmazda 2 nəfər narkotiklə saxlanılıb
Xaçmaz Polisinin keçirdiyi əməliyyatla narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş - 30 yaşlı Kənan Musayev və 49 yaşlı Arzu Əliyev saxlanılıb. Onlardan 5 kiloqram marixuana, 1 kiloqram heroin və 309 qram tiryək aşkarlanıb.Faktla bağlı hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
url:
http://kepezfm.az/xeberler/xa%C3%A7mazda-2-n%C9%99f%C9%99r-narkotikl%C9%99-saxlan%C4%B1l%C4%B1b

