Xaçmazda 23 yaşlı gənc göldə boğulub
Xaçmazın Ağaverdi oba kəndində 23 yaşlı Fərid Əliyev işlədiyi bağda ehtiyatsızlıqdan suvarma üçün istifadə olunan süni gölə düşüb. Onun köməyinə çatan olmadığı üçün boğularaq ölüb. Gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Fakt araşdırılır.
url:
http://www.kepezfm.az/xeberler/xa%C3%A7mazda-23-ya%C5%9Fl%C4%B1-g%C9%99nc-g%C3%B6ld%C9%99-bo%C4%9Fulub