Xaçmazda minik avtomobilləri toqquşub
Xaçmazda 66 yaşlı Adil İsmayılov idarə etdiyi “Opel” markalı avtomobili əks istiqamətdə hərəkət edən 2 maşına çırpıb. Qəza zamanı avtomobillərə ziyan dəysə də, xəsarət alan olmayıb. Hadisəyə səbəb olan sürücünün sükan arxasında halının pisləşməsi və təzyiqinin qalxması olub. O xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.
url:
http://www.kepezfm.az/xeberler/xa%C3%A7mazda-minik-avtomobill%C9%99ri-toqqu%C5%9Fub