Xaçmazda yük avtomobilləri toqquşub, ölən və yaralılar var
Xaçmazın Mürşüd-oba kəndində 2 yük avtomobili toqquşub. Nəticədə Üzeyir Novruzov hadisə yerində ölüb. Ağır xəsarətlər alan 2 nəfər isə xəstəxanaya çatdırılıb. Hadisə TIR və “Mercedes” markalı yük avtomobillərinin toqquşması nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.
url:
http://www.kepezfm.az/xeberler/xa%C3%A7mazda-y%C3%BCk-avtomobill%C9%99ri-toqqu%C5%9Fub-%C3%B6l%C9%99n-v%C9%99-yaral%C4%B1lar-var