Xankəndidə bayram yarmarkası fəaliyyətə başlayıb
Bu gün Xankəndi şəhərinin Zəfər meydanında Novruz bayramı münasibətilə bayram yarmarkası fəaliyyətə başlayıb.Yarmarkada yerli sahibkarlar tərəfindən müxtəlif növ məhsulların satışı həyata keçirilir. Bu gündən fəaliyyətə başlayan yarmarka martın 24-dək davam edəcək. Martın 20-də Xankəndi şəhərində Novruz və Ramazan bayramları münasibətilə geniş konsert proqramı və atəşfəşanlıq da təşkil ediləcək.
url:
http://kepezfm.az/xeberler/xank%C9%99ndid%C9%99-bayram-yarmarkas%C4%B1-f%C9%99aliyy%C9%99t%C9%99-ba%C5%9Flay%C4%B1b

